"Salam doğma məktəb"

     16 sentyabr 2024-cü il tarixində məktəbimizdə "Salam doğma məktəb" adlı tədbir keçirilib. 

   Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bundan sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xoşqədəm Məmmədova yeni dərs ili münasibətilə müəllim kollektivini, şagirdləri və məktəbə ilk qədəm qoyan balaca fidanları ürəkdən təbrik edib. 

    X.Məmmədova çıxışında bildirib ki, bu il məktəbimiz üçün uğurlu il olub. Məzunlarımız yüksək nəticələr göstərib. Onların Dövlətə, Vətənə xeyirli vətandaş olmaqlarını arzulayıb. 

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirler, səhnəciklər nümayiş etdiriblər.

    Bu il " Yaşıl dünya naminə həmrəylik" ili olduğu üçün məktəbimizdə ilk dərslər "Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda keçirilib.

Tədbir birincilərin ilk zənginin çalınması ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi