Qarabağ Universitetinin ilk tələbələri

Əziz tələbələrimiz və valideynlər!

Böyük sevinc hissi ilə bildiririk ki, bu il Qarabağ Universitetinə qəbul olan şagirdlərimiz- Zeynallı Səftər 491 balla Kompyuter mühəndisliyi ixtisasını və Əlizadə Məhəmmədəli 320 balla Turizm işinin təşkili ixtisasını qazanmaqla bizləri qürurlandırıblar. Bu nailiyyətlər həm onların, həm də sizlərin uzun illər boyu göstərdiyiniz əzmkarlıq və zəhmətin nəticəsidir. Onların hər biri öz sahəsində yüksək nəticə göstərərək, Qarabağ Universitetində təhsil almaq hüququ əldə ediblər. Bu uğur yalnız onlara deyil, bütün cəmiyyətimizə böyük bir töhfədir. Qarabağ Universiteti təkcə ölkəmizdə deyil, regionda da nüfuzlu bir təhsil müəssisəsi olaraq tanınır. Genişmiqyaslı akademik proqramlar, yüksək keyfiyyətli təhsil və modern tədris metodları ilə tələbələrimizə gələcəkdə parlaq bir karyera təmin edəcək biliklər və bacarıqlar qazandıracaq. Qəbul olan bütün tələbələrimizi ürəkdən təbrik edirəm və onların gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminik! Uğurlarınız daim olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi