ŞAGİRDİMİZİN UĞURU
Bu il Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı İnsan Hüquqları Məktəb İctimai Birliyi "Məktəblilər Arasında " Zəfər tarixi" III Esse Olimpiadası" keçirilib. Olimpiadanın keçirilməsində məqsəd şagirdlərdə vətənə və vətən tarixinə sevgi ilə yanaşı, fikirlərini yazılı şəkildə ifadə etmək bacarıqlarını inkişaf etdirmək olub. Olimpiadada məktəbimizin 7 - 11-ci siniflərindən şagirdlər iştirak ediblər. Olimpiadaya göndərilən esselər arasından 7-ci sinif şagirdi Camallı İncinin yazdığı esse I yerə laiq görülmüşdür. Şagirdimizi təbrik edirik, uğurlarının davamını arzu edirik.