"Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbir
Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024- cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Bizim təhsil ocağımızda da bir sıra tədbirlər, seminarlar, rəsm müsabiqələri, şagirdlərin təbiət qoynuna ekskursiyaları,, "Kiçik Akademiya" üzvləri isə təbiəti mühafizə və tədqiqatçılıq fəaliyyətləri ilə məşğul olublar.
Bu məqsədlə də məktəbdə "Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc xanım Süleymanova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Altun Rəcəbli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc xanım Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşları və məktəb direktorları iştirak edib.
Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Tədbirin bədii hissəsində şagirdlərin ifasında bir birindən maraqlı səhnəcik, mahnı və rəqslər nümayiş olunub.