"Azərbaycan Ordusunun yaradanı"

   Əbədiyaşar Dahi Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə məktəbdə bir sıra tədbirlər, seminarlar təşkil olunub.

    Məktəbin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə V sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin 101- ci il dönümünə həsr olunmuş "Azərbaycan ordusunun yaradanı" adlı "Dəyirmi masa" təşkil ediblər. 

      Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

    "Dəyirmi masa" da Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti, Azərbaycan ordusunun quruculuğu yolunda apardığı işlər şagirdlərlə birlikdə müzakirə edilib. 

    Uşaqlar hazırladıqları divar qəzetlərini nümayiş etdirib, videoçarx izləyib, Ulu Öndərə həsr edilmiş şeirlər söyləyiblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi