Coğrafiya fənnindən xüsusi dərs

   Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı COP29- a bu il Azərbaycan Respublikası ev sahibliyi edir.        COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.

    Bu məqsədlədə məktəbdə bir sıra xüsusi dərslər keçirilib.     

     Bu gün məktəbin coğrafiya müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə IX siniflərdə "Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür" mövzusunda xüsusi dərs keçirilib.

     Dərsdə S. Məhərrəmova çıxış edərək COP29 haqqında şagirdlərə geniş məlumat verib. Şagirdlər mövzu ilə əlaqədar hazırladıqları təqdimatlarla çıxış ediblər. Sonda videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi