"Ən güclü tarixçilər" intellektual oyun
Bu gün məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Ən güclü tarixçilər" adlı V siniflər arasında intellektual oyun təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İntellektual oyunda 5 komanda və 25 şagird iştirak edib. Oyunda 15 sualdan ibarət suallar açıq və qapalı formada səsləndirilib və göstərilib.
l yer- 64 bal- Qarabağ komandası,
ll yer- 60 bal-Şuşa komandası
lll yer- 55 bal- Xarıbülbül komandası oyunda qalib gəliblər.
Sonda diplom və təşəkkürnamə ilə şagirdlər təltif olunub.