Gənclərin Vətəni qorumağa mənəvi-psixoloji hazırlığı

      Bu gün məktəbin Gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri Emin Əliyev və psixoloq Aytən Məmmədovanın birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdləri ilə "Gənclərin Vətəni qorumağa mənəvi-psixoloji hazırlığı" mövzusunda maarifləndirici seminar məşğələ keçirilib.

     Şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, vətənə məhəbbət hissinin formalaşdırılması məqsədilə mühazirə oxunub. Məktəbin hərbi rəhbəri Emin Əliyev tərəfindən Azərbaycan Ordusunda ən çox istifadə olunan avtomat Kalaşnikov barədə nəzəri məlumat verilib və praktiki olaraq silahın sökülüb-yığılması nümayiş olunub.

    Psixoloq Aytən Məmmədova öz çıxışında bildirib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması , uşaq yeniyeymə və gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi