"Füzuli dünyası" adlı intellektual oyun
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən aprel ayı ərzində məktəbdə Məhəmməd Füzuli ayı layihəsinə start verilib.
Bizim məktəbimizdə bu layihədə iştirak edib, məktəbdə müxtəlif tədbirlər keçirilib.
Bu məqsədlə də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Haqverdiyevanın təşkilatçılığı ilə 7-ci siniflər arasında "Füzuli dünyası" adlı intellektual oyun keçirilib.
Oyunda şagirdlər M.Füzulinin həyat və yaradıcılığına dair verilmiş sualları cavablandırıblar. Şagirdlərin cavabları müəyyən edilib meyarlar əsasında balla qiymətləndirilib. 7Ç sinfi oyunda qalib ayrılıb.