"Füzuli dünyasının işiğında"

   Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin Sərəncamına əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.

     Bu məqsədlədə məktəbdə bir sıra tədbirlər, seminarlar, "Dəyirmi masa", lar, poeziya gecələri keçirilib. 

     Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Güləliyevanın təşkilatçılığı ilə 8Ç sinfi "Füzuli dünyasının işığında" başlığı altında "Dəyirmi masa" keçirilib.

    Tədbiri giriş sözü ilə açan L. Güləliyeva bildirib ki, 2024-cü ildə Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. M. Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. 

    "Dəyirmi masa" da şagirdlər şairin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlarla çıxış ediblər.      

    Tədbir zamanı dahi şairin “ Söz” qəzəli şagirdlər üçün ifadəli oxunaraq səsləndirilib. 

     Daha sonra şagirdlər şairin kitablarını oxuyub müzakirələr ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi