"Açıq qapı" günü

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin Təsviri sənət qalereyasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Açıq qapı " günü keçirilib. 

    Tədbirin mövzusu canlı təbiəti əhatə edir.  

    Ustad dərslərin keçirilməsində məqsəd' uşaq və gənclərin asudə vaxtlarını düzgün təşkil etmək, təbiətə sevgi aşılamaq, incəsənətə, təsviri və dekorativ yaradıcılığa maraq oyatmaq, mövcud olan bacarıqları inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

    " Açıq qapı" günü mərkəzin təcrübəli müəllimləri tərəfindən "Rəngkarlıq və qrafika", "Batika", "Təsviri sənət" "Toxuma", "Ebru", "Eko- dizany". "Boşqab üzərində rəsm" profilləri üzrə ustad dərslər keçirilib. Dərslərdə 6-16 yaş arasında olan 300- ə yaxın uşaq və gənclər iştirak edib. 

   "Açıq qapı" günündə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, əməkdar rəssam, Xalça muzeyinin eksperti Məmmədhüseyn Hüseynov, mərkəzin direktoru Kəmalə Abdullayeva, əməkdaşları, valideynlər və dərnək üzvləri iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi