OCEP layihəsi

      OCEP layihəsi çərçivəsində Qırğızıstanın Heydər Əliyev adına 20 nömrəli məktəb ilə onlayn görüş keçirilib.

     Görüş hər iki məktəbin müxtəlif idman nailiyyətləri olan şagirdlərinin iştirakı ilə təşkil olunub.

     Tədbirdə ilk öncə hər iki ölkənin Dövlət Himni səsləndirilib. Görüş zamanı məktəbin rus dili müəllimi Səbinə Əkpərova Qırğızıstan məktəblilərini salamlayıraq tədbiri açıq elan edib.

     Hər iki məktəbin şagirdləri idman nailiyyətləri haqqında öz fikirlərini bölüşüblər. Şagirdlər qazandıqları uğurlar haqqında geniş məlumat veriblər. Hər iki məktəbin idmançıları medal, kubok və diplomlarını nümayiş etdiriblər.     

     Görüş şagirdlərin hər birində xoş təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi