"Alkoqolizm və narkomaniya" mövzusunda seminar

    Bu gün məktəbin psixoloqları Zülfiyyə Məsimova və Aytən Məmmədova VIII sinif şagirdləri ilə "Zərərli vərdişlər: alkoqolizm və narkomaniya" mövzusunda seminar məşğələlər təşkil ediblər.

     Şagirdlərlə alkololizm və narkomaniyanın sağlamlığa vurduğu ziyan barədə müzakirələr aparılıb, zərərli vərdişlərə "yox" demək strategiyası müəyyən olunub. Məşğələ zamanı şagirdlər qruplara bölünüb. Bir qrup şagirdlər narkomaniyanın səbəblərini, digərləri isə nəticələri yazaraq "Problemlər ağacı"na yapışdırıblar.

        Daha sonra narkotik sözünün mənası, narkotik vasitələrin cavab verdiyi meyarlar: tibbi meyar, sosial meyar, hüquqi meyar şagirdlərə izah olunub. Həmçinin narkomaniyanın aspektlərinə nəzər salınıb, fərdi-bioloji, fərdi-psixoloji, dövlət və ictimai aspektlərindən, yəni mütəşəkkil cinayətkar biznes fəaliyyətinin nəticəsindən danışılıb. Eyni zamanda alkoqolun müntəzəm qəbulundan meydana çıxan xəstəliklər barədə geniş məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Məşğələnin son mərhələsində "Yox" deməyin 5 yoluna dair qrup halında oyunlar keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi