"Yeniyetmələrin sirləri"

    Bu gün məktəbin tibb işçisi Rəmziyyə Əliyeva və psixoloqlar Aytən Məmmədova, Zülfiyyə Məsimovanın iştirakı ilə IX sinif qız şagirdləri ilə reproduktiv sağlamlıq mövzusuna dair "Yeniyetmələrin sirrləri" başlığı altında məşğələ təşkil olunub.

     Məşğələ zamanı şagirdlərə cinsi yetişkənlik dövründə baş verən anatomik və fizioloji dəyişikliklər, şəxsi gigiyena vərdişlərini inkişaf etdirmək istiqamətində ətraflı məlumatlar verilib. Reproduktiv sistemin qruluşu haqqında danışılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin gigiyena və düzgün qidalanmanın reproduktiv sağlamlığa təsiri barədə müzakirələr aparılıb. Sonda şagirdlər qruplara bölünərək verilən sualları cavablandırdılar. Məşğələdə 52 nəfər qız şagird iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi