"Yaşıllıqlar sağlamlığımızın keşiyində"
Bu gün "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin biologiya müəllimi Könül Əliyevanın təşkilatçılığı ilə "Yaşıllıqlar sağlamlığımızın keşiyində" adlı xüsusi dərs keçirilib.
Dərs bitkilərin müalicəvi xüsusiyyətləri, onların faydaları, dərman bitkilərinin qorunmasının vacibliyinə həsr olunub.
Fənn müəllimi kimyəvi dərmanlarla müqayisədə bitkilərdən hazırlanan təbii dərmanların üstünlüklərini qeyd etmiş, yeganə təbii oksigen mənbəyimiz olan yaşıl bitkilərin sağlamlığımızın keşiyində durmaqla daha bir vacib xüsusiyyətə malik olduqlarını, buna görə də onları qorumağın hər birimizin borcu olduğunu şagirdlərin nəzərinə çatdırılıb.
Şagirdlər qruplar halında Azərbaycanın faydalı bitkiləri haqqında topladıqları geniş məlumatı, onların yığılma və istifadə qaydalarını, qorunma yollarını əks etdirən plakat və referatları təqdim ediblər. Bundan başqa dərsdə şagirdlərin hazırladıqları maraqlı səhnəciklər və videoçarxlar da nümayiş etdirilib.