Reproduktiv sağlamlıq nədir

       Məktəbin psixoloqu Aytən Məmmədova IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusunun lll məşğələsini təşkil edib.

     "Reproduktiv sağlamlıq nədir" başlığı altında olan bu məşğələlər oğlan və qız şagirdlərlə ayrı-ayrılıqda keçirilib.          Şagirdlərə əvvəlcə "Sağlamlıq nədir?", " Bu sözün tərifini necə vermək olar?" kimi suallar verilib və onların cavabları dinlənilib. Onların içərisindən ən yaxşı tərif seçilib və onun əsasında yeni bir tərif hazırlanıb.

     Daha sonra Reproduktiv sağlamlıq haqqında danışılıb, reproduktiv sağlamlığın nəsilvermə sisteminin xəstəlik və fiziki qüsurlarının yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halı olması barədə geniş məlumatlar verilib. Şagirdlər reproduktiv sistemin qruluşu barədə məlumatlara yiyələniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi