Siqaret çəkmənin reproduktiv sağlamlığa mənfi təsiri
Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova VIII sinif şagirdləri ilə "Zərərli vərdişlər; Siqaret çəkmənin reproduktiv sağlamlığa mənfi təsiri" mövzusunda məşğələlər təşkil ediblər.
Əvvəlcə şagirdlərə " İnsanlar nə üçün siqaret çəkirlər? Onları buna nə vadar edir?" kimi suallar təqdim olunub. Şagirdlərin cavabları dinlənilib, fikirləri qiymətləndirilib. Şagirdlərin hər biri arqument və əks-arqumentlər gətiriblər.
Daha sonra psixoloqlar siqaretçəkmənin insan orqanizminə vurduğu mənfi təsirləri, siqaretin xərçəng xəstəliyinin səbəblərinin üçdə bir hissəsini təşkil etməsi, siqaretə aludəçiliyin xroniki bronxit, ağ ciyərlərə gedən nəfəs yollarının daralması və zədələnməsi, ağ ciyər hüceyrələrinin ölməsinə səbəb olması, tənginəfəslik yaratması, bronxların selikli qişasının məhv olması, ürəyin işemik xəstəliyi, damarların daralması, qəfil ölümlərə, dəri xəstəliyinə kimi hallara gətirib çıxarması barədə danışıblar. Sonda şagirdlər siqaretçəkmənin qadağan olunduğu yerlər barədə məlumatlandırılıblar.