Fövqəladə hallar zamanı davranış qaydaları
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional mərkəzi tərəfindən "Fövqəladə hallar zaman davranış qaydaları" mövzusunda şagirdlər arasında maarifləndirici tədbir keçirilib.
Tədbirdə maarifləndirmə sektorunun müdiri Selvina Qurbanova, Əhalinin mülki müdafiəyə hazırlığı şöbəsinin rəisi Faiq Balakişiyev, Təşkilati səfərbərlik bölməsinin rəisi Renat Fazlullov, Əhalinin maarifləndirilməsinin təşkili bölməsinin rəisi Rövşən Mahmudov, Binəqədi rayon FH və MM şöbəsinin baş zabiti Rauf Nağıyev, Mülki müdafiə idarəsinin baş məsləhətçisi Xalid Məmmədov, İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin inspektoru Fərid İlhamoğlu iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq bilikləri aşılamaqdan ibarətdir. Tədbir zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri barədə ətraflı məlumat verilib. FHN-nin "112"qaynar xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirdə şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.