Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı

    Aprel döyüşlərinin ildönümü ilə əlaqədar məktəbdə bir sıra tədbirlər, "Dəyirmi masa", seminarlar, xüsusi dərslər təşkil olunub.

      Bu məqdəsədlədə məktəbin ibtidai sinif müəllimi Saadət Adnalıyevanın təşkilatçılığı ilə 3A sinfində xüsusi dərs keçirilib.

    Dərsdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Sinif müəllimi S.Adnalıyeva çıxış edərək bildirib ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. 

    Dərsdə şagirdlər şeirlər söyləyib, videoçarx izləyiblər. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi