Aprel döyüşləri- Zəfərə aparan yol

    Bu gün məktəbimizdə “Aprel döyüşləri- Zəfər aparan yol” adlı "Dəyirmi masa" təşkil olunub.

     Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     "Dəyirmi masa" nın təşkilatçısı məktəbin tarix müəllimi Fəridə Osmanova çıxışında bildirib ki, bu döyüşlər tariximizə qızıl hərflərlə yazılıb, ordumuzun qələbəsi ilə nəticələn döyüşlərdən iki min hektarlıq ərazimizi azad etmişik. Bu qələbələr böyük zəfərimizə gedən yol idi. 

      Daha sonra şagirdlər milli qəhrəmanlar haqqında çıxış etmiş, topladıqları məlumatları təqdim ediblər. Videoçarx nümayiş olunub, şeirlər səsləndirilib. Məktəbimizin şagirdi Osman Hüseynov aprel qələbəmizlə bağlı yazdığı şeiri səsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi