31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Məktəbimizdə tarix müəllimi Fəridə Osmanova və "Kiçik Akademiya" üzvlərinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda "Dəyirmi masa" təşkil olunub.
Tədbirdə ilk öncə Azərvaycan Respublikasının Dövlət Himni səsləndirilib. Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Osmanova bildirib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
"Dəyirmi masa" da şagirdlər hazırladıqları divar qəzetləri ilə çıxış ediblər.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.