"Təbiəti sevək və qoruyaq" nümunəvi dərs
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin biologiya müəllimi Könül Əliyevanın təşkilatçılığı ilə "Təbiəti sevək və qoruyaq" mövzusunda xüsusi dərs keçirilib.
Fənn müəllimi şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verib. Şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olunub. Uşaqlar mövzu ilə bağlı bir birilərinə suallar verib.
Sonda mövzu ilə bağlı videoçarx izləyiblər.