Tullantıdan mədəniyyətə
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planı Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək məktəbimiz qarşısında qoyulan mühüm vəzifələrə əsasən hazırlanıb.
Bu məqsədlədə bu gün ibtidai sinif şagirdlərinin iştırakı ilə məktəbin həyatyanı sahəsində tullantılardan hazırlanan müxtəlif dibçəklərdə güllər əkilib.