Bütöv Azərbaycana ilk bahar gəlir
Bu gün məktəbimizdə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram tədbiri keçirilib.
Tədbir giriş sözü ilə açan məktəbin direktoru Xoşqədəm Məmmədova xalqımızın milli bayramı olan Novruz münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzulayıb. Bildirib ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsini Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə, güclü iradəsinə və yenilməz ordumuzun şücaətinə borcluyuq.
Tədbirdə daha sonra şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, milli xalq oyunlarından danışılıb, yumurta döyüşdürülüb, qızlar haxışta söyləyib. Maraqlı səhnəciklər nümayiş etdirilib.