İbtidai sinif müəllimlərilə metodiki görüş
Bu gün məktəbdə “Müasir metodik xidmətin layihəsi “çərçivəsində ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarını öyrənmək, onlara yaxından dəstək olmaq məqsədilə məktəbin metodisti Nuriyyə Zeynalovanın təşkilatçılığı ilə metodiki görüş keçirilib.
Görüşdə metodist Nuriyyə Zeynalovanın dərsdinləmələrdə müşahidə etdiyi problemlər müzakirə edilib. Müəllimlərə çətinliklərin aradan qaldırılması istiqamətində mühüm tövsiyələr verilib. O bildirib ki, müəllimlərə tədris prosesinin qurulmasında, sağlam psixoloji mühitin yaradılmasında daim yardım göstərəcək.