"Şən startlar" əyləncəli idman oyunu

Məktəbdə "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "Şən startlar" əyləncəli estafet idman oyunu təşkil olunub.
Təşkilatın məhsul şəxsi məktəbin direktoru Xoşqədəm Məmmədova və fiziki tərbiyə müəllimi Günay Şükürovanın rəhbərliyi ilə təşkil olunub.
Qonaq qismində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elvin Quliyev, Binəqədi rayonu İcra nümayəndəsi Elnur müəllim, ADBTİA-nın müəllimi Futbol idman növü üzrə FİFA-nın fitness instruktoru
Azərbaycan Hakimlər Departamentinin fiziki hazırlıq məşqçisi İdman ustası Rüstəm Rüstəmli və idman müəllimləri iştirak ediblər.
3 rəngli Dövlət Bayrağımızı təmsil edən komandalar Göy rəngdə Cəsur komandası,qırmızı rəngdə Uğur komandası və yaşıl rəngdə Zəfər komandası ilə hər komandada 10 nəfərdən ibarət idman oyun növü təşkil olunub.
Qalıb komanda
l yer Cəsur komandası
ll yer Zəfər komandası
lll yer Uğur komandası.
Sonda qaliblər diplom və medalla təltif olunublar.