Idmançıların yarışa hazırlığının psixoloji yanaşması

       Ümumi təhsil müəssisələrində idman həftəsi layihəsi çərçivəsində idmançıların yarışa hazırlığının psixoloji yanaşmasını təmin etmək məqsədilə bu gün məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova məktəbin idman nəaliyyətləri olan və yarışa hazırlaşan şagirdləri ilə görüş təşkil ediblər.

    Dəyirmi masa formatında keçirilən görüşdə idmanla məşğul olmağın yeniyetmələrin həyatındakı mühüm rolundan, yarışlarda qələbə və məğlubiyyətin birbaşa psixoloji faktorla bağlı olmasından, idman sahəsində fəaliyyət göstərən psixoloqların iş prinsipindən, şəxsiyyətlərarası münasibətlər, idmançı-məşqçi münasibətlərinin tənzimlənməsindən, potensialın müəyyənləşdirilməsinin vacibliyindən və s. önəmli məsələlərdən barədə danışılıb.

     Həmçinin qeyd olunub ki, idmanda məğlubiyyət qaçılmazdır. Bu hal bəzi idmançılarda depressiyaya səbəb olur. Depsessiya isə özlüyündə idmançının məşqdən soyumasına və kariyerasını yarımçıq qoymasına səbəb olur. İdmançının isə depressiyaya düşməsi arzuolunan deyil. Çünki o, bir yarışdan sonra başqa bir yarışda öz gücünü sınaya bilər. Bu müddət isə depressiyanın aradan qaldırılması üçün o qədər də çox deyil. Depressiyanın səbəbini müəyyən etmək və aradan qaldırmaq üçün çalışmaq lazımdır. Bilmək vacibdir ki, depressiya hər insanda olur və onu dəf etməyi bacarmaq lazımdır. 

   Bundan əlavə yarış zamanı idmançıların hərəkətlərində təzahür edən hücum, əks-hücum, müdafiə taktikalarından, yarış zamanı və yarışdan öncəki dönəmdə idmançının psixoloji durumundan, özünəinamın gücündən, idmançıların qazandığı xarekter xüsusiyyətləri barədə də geniş söhbətlər aparılıb. Sonda idmançı şagirdlərin sualları cavablandırılıb, psixoloji tövsiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi