Python kodlaşdırma müsabiqəsinin yekunu tədbiri keçirilib
“Məktəblilərin Python kodlaşdırma müsabiqəsi” layihəsinin yekun tədbiri keçirildi!
Təhsildə inkişaf və innovasiyalar üzrə Vll qrant müsabiqəsinin qalibi olan məktəbimizin icra etdiyi “Məktəblilərin Python kodlaşdırma müsabiqəsi” adlı layihənin məqsədi Phyton proqramlaşdırma dili ilə şagirdlər arasında kodlaşdırma müsabiqəsi keçirmək və bu minvalla onların kodlaşdırma bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Layihənin icra müddətində Phyton proqramlaşdırma kitabçasını Azərbaycan dilinə tərcümə edilib, pdf olaraq istifadəyə hazır hala gətirilərək layihədə iştirak edən şagirdlərə göndərilib.
Layihə çərçivəsində işçi heyəti müəyyənləşdirilib, müsabiqənin elan mətni hazırlanıb və həmin elan mətnində Phyton proqramlaşdırma dilini öyrədən kitabçanın linki və təlim üçün hazırlanan videolar əlavə olunmuşdur.
Müraciət edən şagirdlər arasından 10 şagird seçilmiş, müsabiqəyə hazırlaşmaları üçün layihə təlimçisi tərəfindən hazırlanan təlim videoları, Python proqramlaşdırma kitabçası link şəklində göndərilib.
Daha sonra şagirdlər arasında yekun müsabiqə keçirilərək l,ll,llI yerlərin qalibləri sertifikat və hədiyyələrlə , digər iştirakçılar isə Təşəkkürlamələrlə mükafatlandırılıb.
Layihənin yekununda layihə rəhbəri Xoşqədəm Məmmədova layihənin icra müddətində (4ay) həyata keçirilmiş işlər haqqında məlumat vermiş, qonaqlara ayrı-ayrılıqda, bütün iştirakçılara tədbirdə iştirak etdikləri üçün dərin minnətdarlığını bildirmişdir.