1mart- Ümumdünya Mülki Müdafiə Günüdür
Bu gün 1 Mart- Ümumdünya Mülki Müdafiə Günüdür.
Bu məqsədlədə məktəbin Azərbaycan dili müəllimi Elnurə Haqverdiyevanın təşkilatçılığı ilə “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə E. Haqverdiyeva mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydalarını izah edib.
Şagirdlər yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə haqqında kiçik təqdimatlar hazırlayıb nümayiş etdiriblər.