İmtahan həyəcanını necə idarə edə bilərik
Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova imtahan öncəsi həyəcanın idarə olunmasına dəstək olmaq məqsədilə XI sinif şagirdləri ilə "İmtahan həyəcanını necə idarə edə bilərik?" başlığı altında psixoprofilaktik görüş təşkil ediblər.
Şagirdlərə imtahan həyəcanı nədir, onun əlamətləri hansılardır, imtahan həyəcanı imtahan nəticəsinə necə təsir göstərir, stressi aradan qaldırmağın yolları, düzgün nəfəs texnikaları, imtahan öncəsi mənfi və müsbət düşüncələr hansılardır, düşüncələrimizi müsbətə doğru necə dəyişə bilərik, hansı hallar imtahan zamanı diqqətin yayınmasına və fikrin cəmlənməsinə mane ola bilər, diskomfort yaradan geyimlərdən istifadə etməmək, düzgün qida və yuxu rejiminə əməl etmək və s. məsələlər barədə ətraflı danışılıb. Bildirilib ki, imtahan həyəcanı , imtahandan əvvəl və ya imtahan zamanı müşahidə olunan qorxu və narahatlıqlar şəklində ifadə olunur, imtahan zamanı müşahidə olunan bu səbəbdən dolayı şagird öyrəndiyi məlumatları imtahan zamanı unudur. Bu vəziyyət daha çox əvvəlki sınaq imtahanlarında uğursuz nəticə ilə qarşılaşan şagirdlərdə daha çox görülür. Həmçinin şagirdlərlə motivasiyaedici söhbətlər aparılıb, imtahan həyəcanının psixoloji, fizioloji, emosional əlamətləri barədə geniş məlumatlar verilib. Sonda şagirdlərin sualları cavablandırılıb.