Monitorinq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)- nin müvafiq əmrinə əsasən bu gün məktəbdə IV-VI-VII-VIII siniflər üzrə Azərbaycan dili fənnindən monitorinq təşkil edilib.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarət olub.
Monitorinqdə şagirdlərə 45 dəqiqə vaxt verilib. Bu vaxt ərzində uşaqlar oxuyub-anlama və dinləmə mətnini dinləyərək suallari cavablandırıblar.
İmtahan qeyri-ixtisas fənn müəllimlərindən təşkil olunub.