"Bullinq" mövzusunda maarifləndirici söhbət
Bu günməktəb psixoloqu Aytən Məmmədova VIII sinif şagirdləri ilə "Bullinq" mövzusunda maarifləndirici və psixoprofilaktik seminar təşkil edib.
Şagirdlərə bullinq və onun növləri, bullinqin motivləri, onun yaranma səbəbləri, bulinqə məruz qaldıqda və şahidi olduqda, onunla mübarizədə atılacaq ilkin addımlar izah olunub.
Qeyd olunub ki, bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Daha aydın desək, güclülərin özündən zəifləri sıxışdırması, aqressiv davranışlar və hərəkətləri ilə müşahidə olunur. Həmçinin bullinqin kiber, fiziki, şifahi, sosial, verbal və qeyri-verbal,məqsədli və məqsədsiz, düşünülməmiş və tədris bulinqi növləri barədə ətraflı danışılıb. Bildirilib ki, bullinq xarakterli addımlar birmənalı şəkildə yolverilməzdir və məktəbdə, məktəbdən kənarda belə hal baş verərsə dərhal böyüklərə, müəllimlərə, psixoloqlara bu barədə məlumatın verilməsi zəruridir.
Seminarda VIII A sinfindən 21 nəfər, VIII B sinifindən 21 nəfər, VIII C sinfindən 29 nəfər, VIII Ç sinfindən15 nəfər, ümumilikdə 86 nəfər şagird iştirak edib.