"Ana dili-milli saflığımızdır"
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur.
Bu məqsədlədə məktəbdə silsilə tədbirlər, konfranslar, seminarlar təşkil edilib.
Bu gün məktəbdə Azərbaycan dili müəllimi Tacirə Aslanovanın təşkilatçılığı ilə "Ana dili- milli saflığımızdır" mövzusunda "Dəyirmi masa" keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan T. Aslanova vurğulayıb ki, 1999-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü kimi elan edib. "Bu dil bizim ruhumuzun həm hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Bu dil tariximizə salınan körpüdür. Bayatının, dili yüyrək olan nağılların, Dədə Qorqudun boy boylayıb, soy soyladığı dastanın dilidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib.
"Dəyirmi masa" da şagirdlər ana dilimiz haqqında şeirler, bayatılar səsləndirib, səhnəciklər nümayiş etdiriblər. Hazırladıqları referatları təqdim ediblər.
Sonda mövzu ilə bağlı videoçarx izləyiblər.