Monitorinq
Bu gün məktəbdə VIII-IX siniflər üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)-nin və Təhsilin keyfiyyətinə nəzarət sektorunun təlimatına əsasən növbəti monitorinq keçirilib.
Monitorinqdə 379 nəfərdən 312 nəfəri iştirak edib. Müxtəlif səbəblərdən 67 şagird monitorinqdə iştirak etməyib. 82,3 % şagird monitorinqdə iştirak edib. Nəzarətçilər qeyri-ixtisas fənn müəllimlərindən təyin olunub.