Vətən müharibəsi iştirakçıları ilə görüş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib.
Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.
Bu məqsədlə də məktəbdə bir sıra Vətənpərvər tədbirlər, "Dəyirmi masa" lar keçirilib.
Bu gün məktəbimizin qonağı 44 günlük Vətən müharibəsi iştirakçısı məktəbimizin direktoru Xoşqədəm Məmmədovanın qardaşı Vüsal Məmmədov və Şəhriyar İlyasov olublar.
"Dəyirmi masa" da şanlı tarix yazan Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə fəxr və qürur hissi ilə iştirak edən Vətən oğlu Vüsal Məmmədov şagirdlərlə görüşündə vurğulayıb ki, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən söhbət açaraq əldə olunan uğurlar hər bir Vətən oğlunun uğurudu. Bu gün Azərbaycan Respublikası Dövlət Bayrağı bütün işğal olunmuş ərazilərimizdə iftixarla dalğalanır.
Tədbirdə Füzuli və Xocavənd döyüşləri iştirakçısı Şəhriyar İlyasov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatı həyata keçirməklə möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə ilə öz gücünü dünyaya sübut edərək regionda yeni reallıqlar yaradıb. Biz hamımız fəxr etməliyik ki, bu yurdun oğullayırıq.
Daha sonra məktəbimizin direktoru Xoşqədəm Məmmədova Vətən müharibəsi zamanı zəfərə gedən yolda göstərdikləri şücaətlərə görə onlara dərin minnətdarlığını bildirib.
Tədbirdə məktəbliləri bu mövzuda maraqlandıran suallar cavablandırılıb, videoçarx izlənilib.