PEDAQOJİ ŞURANIN İCLASI

Məktəbimizdə pedaqoji şuranın iclası keçirilib. 

İclasda I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Daha sonra məktəbin direktoru Xoşqədəm Məmmədova çıxış edərək təhsilalanlar arasında risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi, məktəb psixoloqlarının onlarla apardığı işin gücləndirilməsi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, valideynlərlə işin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması və etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirilmə tədbirlərinin tətbiq olunması, fövqaladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi iclas iştirakçılarının diqqətinə çatdırılıb. 

Sonda direktor X.Məmmədova bildirib ki, təhsildə sağlam- mənəvi mühitin formalaşdırılması üçün daha məsuliyyətlə, əzmlə çalışmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi