"Sağlam təhsil mühiti- kreativ yanaşmalar" mövzusunda əl işləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Sağlam təhsil mühiti - kreativ yanaşmalar” adlı virtual müsabiqəyə start verib.
Müsabiqənin əsas məqsədi sağlam təhsil mühitinin təşkili istiqamətində görülən işlərin təbliğ edilməsidir.
Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Saadət Adnalıyevanın rəhbərliyi altında 3A sinif şagirdləri "Sağlam təhsil mühiti-
kteativ yanaşmalar" layihəsi üzrə tullantılardan əl işləri hazırlayıblar.
Tullantılardan düzələn əl işləri şagirdlər tərəfindən həvəslə icra olunub, məktəbin guşələrində bəzədilmişdir. Tullantının içərisində olan bitkilərlə sinfin və məktəbin havası oksigenlə daha çox təmin olunub.