Ümumxalq Hüzn Günü
20 Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir.
Bu gün 20 Yanvar hadisələrində 34 il keçir. Bu məqsədlə məktəbdə silsilə tədbirlər, seminarlar, kompozisiyalar, "Dəyirmi masa", rəsm müsabiqəsi keçirilib.
Məktəbin informatika müəllimi Yuliya Əfəndiyevanın təşkilatçılığı ilə informatika dərslərində 20 Yanvar hadisələrinə həsr olunmuş slayd hazırlanıb, paint proqramında şəkillər çəkilmiş.
Y. Əfəndiyeva çıxış edərək bildirib ki, 34-cü ildönümünü qeyd etdiyimiz Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gənci xəbərdardır. Bu gün Ümumxalqa Hüzn Günü olsa da bu gənclər 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqindədirlər. Onlar o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bildirib. Allah şəhidlərimizə rəhmət eləsin!