"20 Yanvar-Qələbəyə aparan yol" mövzusunda "Dəyirmi masa"

19 yanvar 2024-cü il tarixində məktəbdə ilk dərslər "20 Yanvar" faciəsinə həsr olunub.

  Bu məqsədlə məktəbimizdə "20 Yanvar- Qələbəyə aparan yol" mövzusunda "Kiçik Akademiya " üzvlərinin iştirakı ilə "Dəyirmi masa" keçirilib.

    Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mövzu ilə əlaqədər videoçarx nümayiş olunub. Şagirdlər topladıqları məlumatları paylaşıblar. Hazırladıqları divar qəzetləri ilə çıxış edərək ətraflı məlumat veriblər. "Dəyirmi masa" da uşaqlar şəhidlərimiz haqqında şeirlər səsləndiriblər. 

   8C sinif şagirdi Osman Hüseynov 20 Yanvar faciəsi ilə bağlı yazdığı və səsləndirdiyi “ O qanlı gündə" şeirini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi