Voleybol idman növü üzrə Ustad dərslər keçirilib

Ocep layihəsi çərçivəsində məktəbimizdə Voleybol idman növü üzrə Ustad dərslər təşkil olunub. 

Məktəbin direktoru Xoşqədəm Məmmədova açılış nitqində məktəbin idman ilə bağlı uğurlarını və nailiyyətləri qonaqlara bildirib. Ustad dərslərdə Oktay Musayev beynəlxalq dərəcəli hakim,

Oleq Bubenko Belarusia Əməkdar məşqçisi, Murov Az terminal yeniyetmələr üzrə baş məşqçisi və digər qonaqlar iştirak edib. Məktəblilər üçün voleybol idman növü üzrə kiçik rollu oyunlarda təşkil edilib və sonda iki tərəfli oyun oynanılıb. Ustad dərslərin keçirilməsində əsas məqsəd məktəblilərin Olimpiya idman növləri haqqında praktiki məlumatların olması və Azərbaycan Olimpiya hərəkatının təbliğ edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi