Müsbət və mənfi xüsusiyyətlər mövzusunda praktik iş
Bu gün məktəbin ibtidai sinif müəllimi Saadət Adnalıyevanın təşkilatçılığı ilə 3A sinfində Həyat bilgisi fənnindən "Mənfi və müsbət xüsusiyyətlərimiz" mövzusunda praktik əl işləri keçirilib.
S. Adnalıyeva mövzu haqqında ətraflı məlumat verib şagirdlərə. Uşaqlar dərsdə dəyişmək istədikləri xüsusiyyətləri haqqında danışıb, mövzu haqqında müzakirələr ediblər. Şagirdlər müsbət vərdişlərini çoxaldıb əl izləri ilə nümayiş etdiriblər. Mövzu haqqında videoçarx izləyiblər.