"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır"
Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova VIII sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzuduna dair "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" başlığı altına məşğələlər təşkil ediblər.
Şagirdlərə gigiyena barədə zəruri informasiyalar, şəxsi və ümumi gigiyenalar, ətraf mühitin insan sağlamlığına təsiri izah olunub.
Məşğələlərdə VIIIA sinfindən 26 nəfər, VIIIB sinfindən 22 nəfər, VIIIC sinfindən 23 nəfər, VIIIÇ sinfindən 29 nəfər, ümumilikdə 100 nəfər şagird iştirak edib.