"Məişət zorakılığı" maarifləndirici seminar
Məktəbin psixoloqu Aytən Məmmədova VII sinif şagirdləri ilə "Məişət zorakılığı" adlı silsilə seminarlar təşkil edib. Seminarlarda zorakılığın növləri, səbəbləri, mübarizə yolları, zorakılığa məruz qalma və ya şahid olma halında görüləcək ilkin tədbirlər və s. barədə danışılıb. Seminarda VIIA sinfindən 17 nəfər, VIIB sinfindən 25 nəfər, VIIC sinfindən 26 nəfər, VIIÇ sinfindən 26 nəfər, VIID sinfindən 25 nəfər, ümumilikdə 119 nəfər şagird iştirak edib. Şagirdlərə mövzu ilə bağlı slayd və videoçarxlar nümayiş etdirilib. İstedadlı bəzi şagirdlər öz rəsm işlərini təqdim ediblər. Sonda şagirdlərin sualları cavablandırılıb, qaranlıq qalan məqamlara aydınlıq gətirilib.