Dilimizi qoruyaq

"Dilimizi qoruyaq" layihəsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanıb təsdiq olunub.

Biz- azərbaycanlıları, birləşdirən ən böyük dəyərlərimizdən biridir dilimiz. Ulu babalarımızın bizə miras qoyduğu bir xəzinədir dilimiz. Bu xəzinəyə sahib çıxmaq, onu qoruyub gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur.

Bu məqsəd ilə məktəbin 3D sinif şagirdləri, sinif müəllimi Günay Qədirova və məktəbin kitabxana müdiri İpahə Babayevanın təşkilatçılığı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasına şagirdlərin ekskursiyası təşkil olunub.

 Kitabxanada uşaqlar oxu zalında səsli nağılları maraqla dinləmişlər.

Şagirdlər kitabxanada olan şəkilli və maraqlı kitablarla tanış olub öz fikirlərini bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi