İlk dərslər Ümummilli Lider Heydər Əliyevə həsr olunub

      Məktəbdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunub. Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar 4B sinifində xüsusi dərs keçirilib.

        İlk öncə dərsdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sinif rəhbəri Səlbi Rzayeva Ulu Öndərin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat vererək bildirib ki, Azərbaycan Respublikasının qurucusu, müstəqil Azərbaycanın banisi Heydər Əliyev öz siyasi müdrikliyi ilə Azərbaycanı qlobal arenaya çıxarıb: “O, Azərbaycanı münaqişə dövründə  ölkənin üzləşdiyi çətinliklərdən və təhlükələrdən xilas edib”. Bu gündə layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyası kursunu layiqincə davam etdirir.

    Dərsdə şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirib. Heydər Əliyevə aid videoçarx izləyiblər.  

 

 

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi