Xalqın xilaskarı

      Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə " Xalqın xilaskarı" adlı ədəbi bədii kompozisiya təşkil olunub.

       Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Daha sonra anım tədbirində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

      Tədbiri giriş sözü ilə açan B.Əliyeva bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən Heydər Əliyev dühasını daha dərindən dərk etmək baxımından yaradılmış bir imkandır. 

     Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüz bərpa olunub, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Bayrağı vüqarla dalğalanır.

  Şagirdlər Ümummilli Liderə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nünayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi