"Ailəm və məktəbim" layihəsi davam edir

     BŞTİ- nin 18.04.2023 cü il tarixli 3-29-59 /3-2-170F/2023 nömrəli əmrinə əsasən "Ailəm və məktəbim" layihəsinin keçirilməsi barədə məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.

       Layihəyə əsasən məktəbdə silsilə tədbirlər həyata keçirilib.

       Məktəbin 2C sinfində layihə ilə bağlı valideyn və şagirdlər arasında tədbir təşkil olunub. Tədbirin təşkilatçısı sinif rəhbəri Fidan Cəfərbəyli çıxış edərək valideynlərlə uşaqların məktəb daxilində də göstərdiyi birgə fəaliyyətin şagirdlərin psixologiyasında, dərslərində, ümumi həyata yanaşmasında göstərdiyi müsbət təsirlərdən danışıb. Tədbir zamanı şagirdlər və valideynlər müxtəlif fəaliyyət növləri üzrə birgə çalışmış, maraqlı nəticələr əldə etmişlər. Toxuculuq, boyama, kulinariya, idman, ağacəkmə, yapma- quraşdırma üzrə bir çox işləri birgə görüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi