Ümumdünya QİÇS-lə Mübarizə Günü
1 -Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu məqsədlə məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova IX-XI sinif şagirdləri ilə "Həyatı dəyişən dörd hərf" başlığı altında QİÇS-lə mübarizəyə həsr olunmuş maarifləndirici seminar təşkil ediblər.
Seminarda QİÇS-in qazanılmış immun çatışmazlığı sindromu olduğu, virusa yoluxma yolları və ondan qorunma üsulları barədə ətraflı danışılıb. Həmçinin qeyd olunub ki, QİÇS-ə yoluxmuş şəxlərdə özünümüalicə qəbuledilməzdir, mütləq həmin şəxs həkim nəzarəti altında müəlicə almalıdır. Seminarın əsas məqsədi şagirdlərə QİÇS-in təhlükəli olduğunu anlatmaq, onlarda QİÇS-ə qarşı profilaktik tədbirlərin mənimsənilməsinə nail olmaq olub.