"Yollarda təhlükəsizlik davranışını" öyrənək devizi altında intellektual yarışma

      Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində "Yollarda təhlükəsizlik davranışını öyrənək " devizi altında orta ümumi təhsil məktəblərinin şagirdləri arasında lll İntellektual yarış təşkil olunub .

      Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsidir.

      Yarışda Bakı şəhərinin 55 orta ümumi təhsil məktəblərinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib.    

      İntellektual yarışmada uşaqlar “Yol hərəkəti qaydalarının tarixi”, “Avtomobillərin tarixi”, “Yol hərəkətinin iştirakçıları”, “Nəqliyyat vasitələri”, “Piyadalar və velosipedçilər”, “Avtomobillərin quruluşu və təchizatı”, “Yol nişanları” və digər mövzulara dair sualları cavablandırıblar.

    Yarışda iştirak edən komandamız fəal iştirakına görə sertifikata layiq görülüb.

      Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi