"Mən və hüquqlarım"
"Uşaq hüquqları aylığı” nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Bu məqsədlə məktəbdə bir sıra tədbirlər həyata keçirilib. Məktəbin ingilis dili müəllimləri Tamara Abdullayeva və Dilbər Umudovanın təşkilatçılığı ilə "Mən və hüquqlarım" mövzusunda xüsusi dərs keçirilib.
Xüsusi dərs "Dəyirmi masa" ətrafında təşkil olunub. Şagirdlər "Mən və hüquqlarım" mövzusuna aid hazırladıqları təqdimatlarla çıxış ediblər. Şagirdlərin hazırladıqları rəsmlər nümayiş olunub. Sonda Uşaq hüquqları ilə bağlı videoçarxlar nümayiş olunub.